Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
İsitifadə olunmuş normativ baza

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsi;

2. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta əmək haqqının əmsallaşdırılması qaydasının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust  tarixli 137 nömrəli qərarı;

3. Azərbaycan Respublikası Prezidentinin 14 iyul 2015-ci il tarixli 569 nömrəli Fərmanı ilə dəyişiklik edilmiş Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003-cü il tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarındakargüzarlığın aparılmasına dair Təlimat”;

4. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.09.1998-ci il tarixli 189 nömrəli Qərarı;