Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Yetkinlik yaşına çatmayanların işə qəbul qaydası

Əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir. Həmin şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən AR ƏM-nin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. 15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi, bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.  (AR ƏM - Maddə 46; Maddə 249).

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır (AR ƏM - maddə 250).

Qeyd

• Yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz (AR ƏM - maddə 248).

• Yaşı 18-dən az olan şəxslərlə əmək müqaviləsi bağlanılarkən sınaq müddəti müəyyən edilmir (AR ƏM - maddə 52).

• Yaşı 18-dən az olan şəxslərə qısaldılmış iş vaxtı müəyyən edilir. Qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər üçün 36 saatdan artıq olmamalıdır (AR ƏM - maddə 91).

• Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi AR ƏM-nin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda, yol verilə bilər.

• Gecə vaxtı görülən işlərə yaşı on səkkizdən az olan işçilərin cəlb edilməsinə yol verilmir (AR ƏM - maddə 98).

• Yaşı 18-dən az olan işçi qanuna zidd hərəkətləri ilə yalnız aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır (AR ƏM - maddə 199):

- inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda;

- əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə işəgötürənə digər üsulla qəsdən ziyan vurduqda;

- alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurduqda.

• Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilirlər və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidirlər (AR ƏM - maddə 252).

• Yaşı 18-dən az olan işçilər attestasiyası keçirilmir (AR ƏM - maddə 66).

qalibi olması, müəssisədə ixtisaslı kadr olmadıqda və ya işçini başqa işçi ilə əvəz etmək mümkün olmadıqda, səhhəti vəzifəsinin icrasına imkan verdiyi halda, işlədiyi kollektivdə və cəmiyyətdə nüfuza malik olması) və həmin fəndən ixtisaslı müəllimlərin orta dərs yükü 18 saatdan aşağı olmaması şərti gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. Bu zaman işçinin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə də nəzərə alınmalıdır. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.3)

• Çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin 5 ildən artıq müddətə uzadılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2011-ci il tarixli 180 nömrəli qərarı ilə müəyyənləşdirilmiş meyarlar (Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilməsi, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülməsi, işlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması, Dövlət mükafatı laureatı olması, 1991-ci il oktyabrın 18-dək orden və medallarla təltif edilməsi) gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari tədris ilinin sonuna kimi uzadıla bilər. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.4)

• Çalşmanın yaş həddinə çatmış Azərbaycan dili və ədəbiyyat, ibtidai sinif, riyaziyyat və xarici dil müəllimləri ilə əmək münasibətləri “Çalışmanın yaş həddinə çatmış müəllimlərlə müddətli əmək müqaviləsinin bağlanılması prosedurları barədə” Nazirliyin 02.04.2018-ci il tarixli F-223 nömrəli əmrinə uyğun tənzimlənir. ( AR TN – ƏMR - F-346 - Qaydalar – 2.5.)

• Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır (AR ƏM – maddə 10-1).

• “Ümumtəhsil müəssisələrində işləyən kompyuter sinif laborantlarının vəzifə uyğunluğuna dair aparılmış monitorinqin nəticələri: mövcud vəziyyət, problemlər və onların həlli yolları barədə” Təhsil Nazirliyi Kollegiyasının 17.10.2012-ci il tarixli qərarına əsasən kompyuter laborantı Dövlət Proqramı çərçivəsində İKT üzrə vahid proqram və strategiyası əsasında təlim kurslarından keçməlidir.

• Bütün təhsil müəssisələrində sosial məzuniyyətə çıxmış müəllimlərin dərs yükü ilk növbədə həmin təhsil müəssisəsində çalışan ixtisaslı kadrlara verilməlidir.

• İşə qəbul edilən pedaqoji kadrların təhsili, stajı, iş təcrübəsi və s. əsas götürülməklə ödəniş dərəcələri üzrə qoyulmuş tələblərə cavab verməlidir.