İşə qəbul zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və digər normativ aktlara əsasən tələb olunan sənədlər aşağıdakılardır :
- Şəxsiyyəti təsdiq edən sənəd (AR ƏM- maddə 48);
- Əmək kitabçası (ilk dəfə əmək müqaviləsi bağlayan şəxslər istisna olmaqla (AR ƏM- maddə 48));
- Dövlət sosial sığorta şəhadətnaməsi (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla (AR ƏM- maddə 48));
- İşçinin əmək funksiyasının xüsusiyyətlərinə uyğun olan peşə hazırlığının və ya təhsilinin olması zəruri sayılan hallarda təhsili barədə müvafiq sənəd (AR ƏM - maddə 48);
- İşçinin sağlamlığı haqqında tibbi arayış (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.01.2000-ci il tarixli, 1 nömrəli Qərarı);
Qeyd |
• Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər (AR ƏM – maddə 48).
• Əvəzçilik qaydasında işə qəbul edilən işçinin istəyi ilə əvəzçilik üzrə əmək fəaliyyəti haqqında əmək kitabçasında qeydlər əvəzçilik üzrə əmək müqaviləsinin surəti əsasında işçinin arzusu ilə əsas iş yerində aparılır (AR ƏM- maddə 87).
• Şəxslər insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşələrə və vəzifələrə qəbul edilərkən insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən, işlədiyi müddətdə isə vaxtaşırı həmin müayinədən keçməlidirlər (AR ƏM – maddə 48).
• Əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilə bilməz (AR ƏM – maddə 48).
• Ümumtəhsil müəssisəsinin rəhbərliyi tərəfindən işçinin təqdim etdiyi sənədlər araşdırılır və işə təyin barədə qərar qəbul edilir.
• Ümumtəhsil müəssisəsinin rəhbəri işçini əmək funksiyaları, müəssisədaxili intizam qaydaları, məktəbin nizamnaməsi və digər normativ sənədlərlə tanış etməlidir.