Təhsil (ümumi və məktəbdənkənar) müəssisələrində əmək münasibətlərinin tənzimlənməsi ilə bağlı qaydalar, nümunələr və normativ baza
Əmək kitabçalarının uçotu

Əmək kitabçaları, (əlavə içliklər) mədaxil-məxaric və onların hərəkətləri, uçotu kitablarında qeydə alınır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.1).

Əmək kitabçaları və əlavə içliklərin hərəkətinin uçotu kitabı işçilərin işə qəbul və işdən çıxarılmasını rəsmiyyətə salan şəxs tərəfindən aparılır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.1).

Mədaxil-məxaric kitabına əmək kitabçalarının və əlavə içliklərin sifarişi və alınması ilə əlaqədar bütün əməliyyatlar yazılır (seriya və nömrələr göstərilir). Kitab işəgötürənlərin mühasibatı tərəfindən aparılır (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.1).

Mədaxil-məxaric kitabı, əmək kitabçaları və əlavə içliklərin hərəkəti, uçot kitabı nömrələnməli, qaytanlanmalı və işəgötürənin imzası olmaqla möhürlə təsdiq edilməlidir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.1).

Əmək müqaviləsinin xitamı ilə əlaqədar işdən çıxan işçiyə əmək kitabçası qaytarıldıqda (verildikdə) ona şəxsi vərəqəsində və əmək kitabçalarının uçotu kitabında imza etdirilir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.1).

İşəgötürənlər lazım olan miqdarda təmiz əmək kitabçaları və əlavə içliklərin ehtiyatını saxlamalıdırlar (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 8.3).

Doldurulmamış əmək kitabçaları və əlavə içliklər ciddi hesabat sənədləri kimi işəgötürənlərin mühasibatında saxlanılır. Əmək kitabçalarının saxlanılması üçün məsul olan şəxslər onları təhvil-təslim qaydası ilə verir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.2).

Əmək kitabçalarının uçotunun aparılmasına məsuliyyət daşıyan şəxs hər ay əmək kitabçalarının, (əlavə içliklərin) vəziyyəti, əmək kitabçalarına (əlavə içliklərə) çəkilmiş xərclərin dəyərinə görə alınmış məbləğlər haqqında (kassaya mədaxil edilməklə) işəgötürənə hesabat verir (İşçilərin əmək kitabçasının forması və onun tərtibi QAYDALARI – 9.2).